|
Bakıda quldurluğa görə həbs edilən şəxsə hökm oxundu

Bakıda quldurluq etməkdə ittiham olunan şəxsə hökm oxunub.

 Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən Elgün Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Qeyd edək ki, hadisə Buzovna qəsəbəsi Yeni yaşayış sahəsində baş verib. Nazim Kərimovun evinə açıq qapıdan daxil olmaqla, quldurluq əməli törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Elgün Abdullayev saxlanılıb.

Məhkəmə istintaqı zamanı Elgün Abdullayevin quldurluq əməli sübuta yetirilməyib. Onun əməli Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə tövsif edilib.

Bu ittihamla ona bir il azadlıqdan məhrumetmə cəzası təyin edilib.