|
Sabir Rüstəmxanlı: “Başa düşmürəm, bu “ov” niyə belə gülməşəkər olub?”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdə söz alaraq, iclasda iştirak edən ədliyyə nazirinin müavini Vilayət Zahirova xitabən soyadlarla bağlı problemdən bəhs etdi.

“Biz bu “ov”-dan qurtarmalıyıq”, deyən S.Rüstəmxanlının sözlərinə görə, təəssüf ki, yerli qeydiyyat idarələri bu məsələyə mane olurlar: “Niyə mane olurlar? Başa düşmürəm, bu “ov” niyə belə gülməşəkər olub?”

Deputat dedi ki, dəfələrlə bu məsələ ilə bağlı müraciətlər olub, həmçinin 1992-ci ilin qanunu var: “Ədliyyə Nazirliyi göstəriş verə bilərdi ki, vətəndaş istəyəndə onun soyadının milliləşdirilməsinə problem yaradılmasın. Ancaq böyük rüsum istənilir, əhalinin onsuz da imkanı yoxdur”. S.Rüstəmxanlı Vilayət Zairova müraciət etdi: “Xahiş edirəm, bizim bu arzumuzu nazirin diqqətinə çatdırın”.