Gənc müğənni Aleyna Tilki ilə “Survivor 2020”nin çempionu Cemal Can Cansevenin rol aldığı “İşte bu benim masalım” serialı final edir.
Musavat.com xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu “Exxen” platformasında yayımlanan ekran işi iddialı başlasa da, gözləntiləri doğrultmayıb. Ona görə də bu həftə son bölümü yayımlanacaq.
Qeyd edək ki, ekran işi ötən həftələrdə uğursuz nəticə göstərmişdi. IMBD (Dünyanın ən böyük film məlumat bazası və veb saytıdır-red) istifadəçilərinin səsləri nəticəsində 1,7 xal qazanmışdı.
