|
Tovuzda iki avtomobil toqquşub, ölən və yaralılar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.

“Mercedes” və “Toyota” maraklı avtomobillərinin toqquşması nəticəsində ilkin olaraq beş nəfərin xəsarət aldığı bildirilir.

Onların Niyazova Aytəkin, Kərimova Könul və sürücü Quliyev İlqar olduğu məlumdur.

Xəstəxanaya aparılan Göygöl rayon sakini, 1976-cı il təvəllüdlü Niyazova Aytəkinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.