|
Gəncədə ana və uşaqları dəm qazından zəhərlənərək ölüb -

Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, ana Leyla Məmmədova iki uşağı - Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

****

Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.

 

Musavat.com dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edir: