Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.
Musavat.com xəbər verir ki, qurultayda YAP İdarə Heyəti formalaşıb.
İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.
***
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçirilir.
Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
***
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.
Musavat.com-un xəbərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.
Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.
Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
***09:10
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.
Musavat.com xəbər verir ki, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.
***09:35
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilir.
Musavat.com xəbər verir ki, qurultayda partiya rəhbərliyində təmsil olunan şəxslər, rayon və şəhər təşkilatlarının sədrləri iştirak edir.
Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.











