Göyçayda 37 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsində qeydə alınıb.

Göyçay şəhər sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.