|
“Bomj”dan möhtəşəm piano ifası

Kanadanın Alberta əyalətində 30 ildir küçələrdə yaşayan Rayan adlı “bomj”un piano ifasını dinləyənlər onun bu məharətinə heyran qalıblar.

ANS PRESS-in məlumatına görə, Rayan “Churchill” meydanındakı ictimai piano ilə möhtəşəm açıq hava konserti verib.

Piano çalmağı necə öyrəndiyini bilməyən Rayan 2 dəqiqə ərzində öz bəstələdiyi musqini ifa edib.

Rayanın ifası “You-Tube” video paylaşımı portalına yükləndiyi bir həftə ərzində 3 milyondan çox izlənib.