Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli dünyasını dəyişib.
Bu barədə məlumatı Azərbaycan Milliyətçi Demokratik Partiyasının (AMDP) sabiq sədri Qələndər Muxtarlı sosial şəbəkə vasitəsilə yayıb.
Sitat: “Dostlar, çox üzücü xəbər gəldi. Tələbə yoldaşımı, Milli Azadlıq hərəkatından birgə yol gəldiyim, Dilavər Əzimlini, Azərbaycanın nurlu bir alimini, fədakar millət oğlunu itirdik. Millətimizin başı sağ olsun!”
Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!
