|
Gəncədə qadın bıçaq xəsarəti alıb

Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “38 Hərbi şəhərcik” adlanan yaşayış binasındakı mənzillərin birində qeydə alınıb.

2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.

Faktla bağlı araşdırma aparılır.