|
O da “Sefirin kızı”nda çəkiləcək - Foto

Türkiyədə yayımlanan “Sefirin kızı” serialına daha bir aktyor daxil olacaq.

Axşam.az türk mediasına istinadən bildirir ki, bu dəfə layihəyə aktyor Şafak Başkaya qatılacaq. Onun ekran işində hansı obrazı canlandırıacağı hələ ki bəlli deyil.

Şafak bu günə qədər “Kurtlar vadisi”, “Kaybedenler kulübü”, “Muhteşem yüzyıl”, “Mahmut ile Meryem” kimi reytinqli layihələrdə çəkilib.

Qeyd edək ki, sonuncu dəfə ekran əsərinə aktyor Ferit Aktuğ daxil olub.