|
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının nə vaxt keçiriləcəyi məlum olub.

Trend-in məlumatına görə, komissiyanın növbəti toplantısının fevralın 27-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 3 iclası keçirilib və daxil olan müraciətlərin 350-dən çoxuna baxılıb.