|
Hollandiya gömrüyündən son illərin ən böyük narkotik əməliyyatı-1500 kq heroin

Hollandiya gömrüyünün əməkdaşları son illərin ən böyük narkotik əməliyyatlarından birinə imza atıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ölkənin Rotterdam liman şəhərində 1500 kiloqramdan çox heroin ələ keçirilib.

“Narkotiklər gömrükçülər tərəfindən Pakistandan gətirilən Himalay duzu olan konteynerlərdə aşkar olunub”,-deyə Rotterdam prokurorluğunun bəyanatında bildirilir.

Hollandiya rəsmilərinin məlumatına əsasən, müsadirə edilən heroinin dəyəri 45 milyon avrodan çoxdur.

Böyük Britaniya kəşfiyyatı ilə aparılan bu məxfi əməliyyat nəticəsində 5 nəfər saxlanılıb, onlardan 3-ü haqqında həbs qətimkan tədbiri seçilib.