|
Zaur Kamal Manaf Ağayevin cibinə pul qoydu: canlı efirdə qalmaqallı açıqlama

Aparıcı Zaur Kamal müğənni Xatirə İslama efir vasitəsilə söz atıb.
 Zaur ATV-də efirə çıxdığı "7 Canlı" proqramında qonaq olan Manaf Ağayev və Aqşin Taryeloğlunun cibinə pul qoyub.
Daha sonra o,-"Artıq olmalıdır. Müğənnilər istəyirlər. Qədərini deməyin. Gələn müğənnilərə Zaur Kamal pul verəcək. Xatirə xanım istəmişdi. Biz sizi məşhur edirik, yuxarı qaldırırıq, tamaşaçıya sevdiririk",- sözlərini deyib.
Manaf isə Zaurun bu adımına,- "Belə olsa, nə var ki... Buradan onlara pay düşür. Deyirəm axı, əvəzimdən oxuyursan",- deyə münasibət bildirib.