|
İçməli suyun verilməsində nə çətinliklər yaranıb?

Hazırda Bakıda su təminatında vəziyyət qənaətbəxşdir.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, bütün qurğular, məntəqələr, anbarlar və magistral xətlərin hamısı işlək vəziyyətdədir.

“Əhali stabil olaraq su ilə təmin edilir. Hələlik “qaynar xətti”mizə 11 su sayğacının donması ilə bağlı məlumat daxil olub. Bir də fərdi həyət evlərində su xətlərinin donması ilə bağlı müraciətlər var”, - deyə Anar Cəbrayıllı bildirib.