Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının vəsiyyəti haqqında danışıb.
Xalq artistinin oğlu Orxan Rzazadə Musavat.com-a açıqlamasında bu sözləri deyib: "Yalçın Rzazadə heç vaxt ailəsi haqqında danışmağı sevmirdi. Efirə ailəsini çıxarmağı da xoşlamırdı. O, ağlamağı, sevmirdi. Vəsiyyət kimi deyirdi ki, övladlarım, ağlamayın".
Orxan Rzazadə deyib ki, atası Y.Rzazadə ötən gün saat 17:00-da rəhmətə gedib: "Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gün danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm".
Xalq artistinin oğlu Yalçın Rzadənin sənət dostlarından da danışıb: "Yalçın müəllimlə əlaqə saxlayırdılar. Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı".
Qeyd edək ki, Yalçın Rzazadə 75 yaşında dünyasını dəyişib.
