|
Dərini nəmləndirən maska

Qış aylarında üz dərisinə qulluq mütləqdir. Əgər quru dəriyə sahibsinizsə yumurta, süd və balla hazırlanan maska ilə dərinizi nəmləndirə bilərsiniz.

 

Axşam.az məhlulunun hazırlanma qaydasını təqdim edir.

Yumurtanın ağını qarışdırın və üzərinə 1 çay qaşığı bal ilə eyni miqdarda süd əlavə edin. Əldə etdiyiniz maskanı üzünüzə vuraraq 15 dəqiqə gözləyin. Üzünüzü yuduqdan sonra tonik və ya gül suyundan istifadə edə bilərsiniz.

Qeyd edək ki, maskada süd yerinə zeytun yağından da istifadə etmək olar.