Bir müddət əvvəl "WhatsApp" mesajlaşma paltforması yeni qəbul etdiyi qaydaların tətbiqindən imtina edəcəyini açıqladı. Buna səbəb, sosial şəbəkənin milyonlarla istifadəçisini itirməsi idi.
Axşam.az xarici KİV-nə istinadən xəbər verir ki, mesajlaşma proqramı bu qərarına dəyişiklik edib və yeni gizlilik siyasət ilə bağlı müqaviləni qəbul etməyən istifadəçilərə xəbərdarlıq mesajı göndərəcəyini açıqlayıb.
İnternet platforması tərəfindən yayımlanan yeni məqalədə "İstifadəçilərə bu yeniləmələri nəzərdən keçirmələrini və “WhatsApp” istifadə etmələrini davam etdirmələri üçün qəbul etmələrini xatırlatmaq istəyirik" kimi sözlərin yer aldığı yazı qeyd edilib.
Belə ki, yeni xidmət qaydalarını mayın 15-dək qəbul etməyə bilərsiniz, lakin sözügedən tarixdən sonra qəbul edilməzsə, bir neçə həftə ərzində zəngləri, bildirişləri qəbul etmək mümkün olsa da, tətbiqdəki mesajları oxuya, yaxud da göndərə bilməyəcəksiniz.
Yeni siyasətdə 120 gün aktiv olmayan istifadəçilər silinəcək. Yeni təklifləri qəbul etməyənləri də eyni aqibət gözləyir.
“WhatsApp”ın rəsmi saytında yayımlanan bu məqalə, sosial şəbəkənin bütün mənfi reaksiyalara baxmayaraq, geri çəkilməyəcəyini izah edir.
Xatırladaq ki, əvvəl "WhatsApp" platforması fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni əlavə olunmuş bəndin tətbiqini fevralın 8-nə planlaşdırırdı.
