|
Operativ Qərargah hansı qərarlarını dəyişəcək?

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, yerüstü nəqliyyat çatdırmır, problemi təcili aradan qaldırmaq üçün metronun fəaliyyəti təcili bərpa edilməlidir:

"İctimai nəqliyyatda dəhşət sıxlıq var. İndi tədris prosesi də əyani şəkildə fəaliyyətini davam etdirir, bu da yollarda və sərnişin avtobuslarında çox böyük tıxaclara səbəb olur. Bu problemi təcili aradan qaldırmaq üçün metro açılmalıdır, başqa yolu yoxdur. Çünki yerüstü nəqliyyat çatdırmır.