"Yaşım az olsaydı, indi ailə qursaydım, mən bu dünyaya övlad gətirməzdim. Hazırda gördüyüm, bugünkü dünyaya bir insan bəxş etməyə qıymazdım".
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri "10-da görüşək" proqramında deyib. Sənətçi bildirib ki, övladlarına da erkən yaşda valideyn olmağı məsləhət görməyib:
"Övladlarıma da onu demişəm, başa salmışam. Tutaq ki, mən valideyn olmaq istəyirəm deyə dünyaya övlad gətirirəm. Amma o insanın bundan sonrakı həyatının necə olacağı barədə çox götür-qoy etmək lazımdır. Yəni ki, bugünkü gün yüz ölçüb, bir biçmək gərəkdir. Tam hazır olduqdan sonra dünyaya uşaq gətirmək olar".
Qeyd edək ki, Nura Surinin 3 oğlan övladı var.
