Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrovla Ara Ayvazyan regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Müzakirə zamanı 10 noyabr və 11 yanvar tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Ara Ayvazyan humanitar problemlərin həlli çərçivəsində hərbi əsirlərin geri qaytarılmasının vacibliyini qeyd edib. O, Rusiyanın Dağlıq Qarabağdakı humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.
