|
Space TV-yə müvəqqəti rəhbər təyin olunub

Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.

Trend-in məlumatına görə, o, Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan Fondun direktorudur.

 

Xatırladaq ki, kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.