|
Dodaqları üçün qızıl maskalarından istifadə edir

Rusiyalı model İrina Şeyk gözəlliyinin sirrini açıb.

Axşam.az xəbər verir ki, model dodaq baxımını tərkibində 24 karat qızıl olan maska ilə etdiyini bildirib:

 

"Səhərlər üzümü soyuq su ilə yuyuram və üzümə buz gəzdirirəm. Daha sonra da kremlərdən istifadə edirəm. Dodaqlarımı isə qızıl maskaları çox yaxşı nəmləndirir".