|
Türkiyəli məşhurların “Sevgililər günü” paylaşımları - Fotolar

Türkiyənin televiziya və musiqi dünyasının tanınmış simaları 14 fevral “Sevgililər günü” ilə bağlı sosial şəbəkə hesablarından fotolarını paylaşıblar. Kimi sevgilisi ilə, kimi də həyat yoldaşı, kimisi də övladı ilə bu xüsusi gün üçün şəkillər çəkdirib.

 

Axşam.az türk mətbuatına istinadən, həmin paylaşımları təqdim edir:

1.Sinem Kobal
Sinem Kobal həyat yoldaşı Kenan İmirzalıoğlu ilə “Sevgililər Günü”nə özəl indiyə qədər heç yerdə olmayan fotosunu paylaşıb. Aktrisa bu şəkilə “Həyatım sevgilim” qısa şərhini yazıb.

2.Hakan Altuğ
"Çarə yoxdur olanla, ölənə... Ayrılmaq çıxıb sevgi falımda. Bu il də yenə vəziyyətim belədir. Bütün sevib-sevilənlərin “Sevgililər Günü”nü təbrik edirəm. Sevgilisi olmayanlara iaə heç vaxt ümidlərini itirməmələrini arzu edirəm”.

3.Ebru Şallı
"Bu gözəl güllər üçün kimi içinizdə hər zaman güllər açsın. Hər zaman sevgi sizinlə olsun. Hamınızı çox sevirəm. “Sevgililər Günü”nüz mübarək”.

4.Amine Gülşa
“Mənim ən gözəl 14 fevralım, nə yaxşı ki varsınız, sizi çox sevirəm”

5.Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə aktyor sevgilisi Gökhan Alkanla sosial şəbəkədə romantik foto paylaşıblar. Onların bu şəkilinə minlərlə bəyəni və şərh gəlib.

6.Rojda Demirer
“Dünyayı gözəllik xilas edəcək. Bir insanı sevmeklə başlayacaq hər şey".

7.Oğuzhan Koç
Oğuzhan Koçla sevgilsi Demet Özdemir də “Sevgililer Günü”ndə fotolarını paylaşan cütlüklər sırasında olublar. Koç İnstaqram hesabında Demetlə birlikdə çəkilən şəkili paylaşıb.