Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp bu il artıq ikinci dəfə haqqında açılan impiçment prosesindən Senatdakı Respublikaçılar partiyasına mənsub üzvlərin sayəsində qurtulub. Lakin ABŞ medisaından gələn xəbərlərə görə, Respublikaçı senatorların bir çoxu sırf paritiyaya ümumi zərər dəyməməsi, habelə siyasi karyeralarını təhlükə altına qoymamaq naminə onun bəraətinə səs veriblər.
Bununla bağlı CNN telekanalı xüsusi süjet yayıb.
Kanalın informasiyasına əsasən, partiyanın Senatdakı fraksiyasının rəhbəri Mitç Makkonel jurnalistlər qarşısında Donald Trampın partiyanın gələcəyində yeri olmadığını bəyan edib.
Mitç Makkonelin sözləri əslində senatorların keçmiş prezidentə necə qəzəbli olduğunu göstərir: “Keçmiş prezident Trampın iğtişaşlar öncəsi fəaliyyəti rüsvayçılıqdan və öz vəzifəsini icra etməməkdən başqa bir şey deyil”.
Onun sözlərinə görə, Ağ Evin sabiq rəhbərinin hərəkətlərinə görə tənqid olunması ona səs verənləri təhqir etmək anlamına gələ bilməz. Onun dəhşətli davranışlarını qınayanlar milyonlarla vətəndaşa hörmətsizlikdə suçlanırlar. Lakin bu gülünc ittihamdır. Çünki Kapitoliyə milyonlar deyil, sadəcə bir neçə yüz qiyamçı basqın edib. ABŞ cəmiyyətində dezinformasiya kampaniyasını da təşkil edən 74 milyon seçici (Trampa səs verənlər-red.) ola bilməz. Bütün bunların hamısını bir adam törədib. Yalnız bir adam”,-deyə o qeyd edib.
Mitç Makkonelin sözlərinə görə, respublikaçı senatorların son səsvermədə keçmiş dövlət başçısını xilas etməsi onların onun əməllərini təqdir etməsi və ya onu 2024-cü ildə də namizəd kimi görmək istəmələri anlamına gələ bilməz.
