Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
