2020-ci il Böyük Britaniyanın iqtisadiyyatı üçün son 300 ilin ən ağır dövrü olub.
Azvision.az xəbər verir ki, bu barədə İngiltərə Bankının yayımladığı hesabatda bildirilir. Sonuncu dəfə belə iqtisadi tənəzzül 1709-cu ildə qeydə alınıb.
İngiltərə Bankı ÜDM-nin bu il də aşağı düşəcəyini gözləyirdi. Ancaq kütləvi peyvəndləmə sayəsində ölkə iqtisadiyyatında yüksəlmələr müşahidə edilir.
