|
ABŞ-da 100 avtomobil toqquşub, xeyli sayda ölən və yaralananlar var VİDEO

ABŞ-ın Texas ştatında ağır zəncirvari qəza olub.

İnterAz-ın məlumatına görə, Texasın mərkəzi magistral yollarından birində təxminən 100 avtomobil toqquşub. Qəzaya səbəb yolun buzlaşması olub.

Yol qəzasında 6 nəfər ölüb, daha 36 nəfər xəstəxanalara yerləşdirilib.