|
Sinan Burcuya elçi getdi - Fotolar

Müğənni Sinan Akçıl keçmiş həyat yoldaşı aktrisa Burcu Kıratlıya elçi gedib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, Akçıl ailəsi ilə birgə adət-ənənələrə uyğun olaraq Burcunu yenidən ailəsindən istəyib.

Təşkil olunan kiçik mərasim zamanı ikili üzükləri taxdıqdan sonra əyləncə başlayıb. Cütlüyün gəlinlik və bəylik kostyumlarını stilist Hakan Akkaya hazırlayıb.

Qeyd edək ki, Sinanla Burcu 2018-ci ildə Amsterdamda nikah masasına əyləşiblər. Doqquz ay sonra isə rəsmi şəkildə boşanıblar.