Koronavirus pandemiyası səbəbi ilə hava yolları bağlı olduğundan xaricə üz tuta bilməyən məşhurlar bahalı brendlərin məhsullarını ayaqlarına gətirdiblər.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, onlar ticarət sektorundakı işçilərə istədikləri markaların geyimlərini deyir, onlar isə ya tanışları, ya da internet üzərindən həmin məhsulları sifariş ediblər. Eyni zamanda onları dəyərindən baha qiymətə satıblar.
Model Çağla Şıkel "Balenciaga" brendinə məxsus ayaqqabıya normal qiyməti 7 min lirə (1686 manat) olduğu halda 9 min lirə (2 min 168 manat) ödəyib.
Aparıcı-müğənni Burcu Esmersoy adi qiyməti 40 min lirə (9 min 636 manat) olan "Chanel"dən aldığı çantasına 42 min lirə (10 min 117 manat) verib.
