|
Gəncləri postpandemiya dönəminə necə hazırlamalı - rəylər

Pandemiya insanları dörd divar arasına həbs etdi: təhlükə siqnalı

Artıq bir ildir, dünyada olduğu kimi, Azərbaycanda da evdən işləmək təcrübəsi geniş yayılıb. Pandemiya bəzi iş sahələrinin onlayn formaya keçməsini mütləq edib. Bu isə özlüyündə xüsusən gənclərdə ciddi psixoloji problemlərlə müşayiət olunub.

“Yeni Müsavat” xəbər verir ki, psixoloji problemlərlə yanaşı, evdən çalışmaq gənc işçilərin həyatında və maddi durumunda böyük problemlərə səbəb olur. Öncə ondan başlayaq ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) yanvarın 13-də açıqladığı hesabatda bildirir ki, evdən işləmək iş dünyasının vacib elementlərindən biridir, amma əmək bazarını idarə edən qurumlar indiyədək evi iş yeri kimi nəzərə almayıblar.

Evdən işləyən gənclər daha az qazanır, çünki...

Dünyada COVİD-19 pandemiyasının yayılması işçi qüvvəsinin böyük hissəsini evdən işləməyə vadar elədi. Onillərdir evdən işləyən yüzmilyonlarla insanın sıraları beləcə genişləndi. AzadlıqRadiosu daha öncə məlumat yayıb ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) yanvarın 13-də açıqladığı hesabatda bununla bağlı vacib nüanslar var. Belə ki, evdən işləmək iş dünyasının vacib elementlərindən biridir, amma əmək bazarını idarə edən qurumlar indiyədək evi iş yeri kimi nəzərə almayıblar. Ancaq evdən işləyənlərin sayında qəfil artım bu amilin həm işçilərə, həm də işəgötürənlərə təsirini dəyərləndirməyi vacib edir. Qurumun mövqeyinə görə , karantin səbəbi ilə məsafədən işləyənlərin sayının artması onlar üçün daha böyük qorumanı önə çəkir. Məsələ ondadır ki, evdən işləyənlərə ofisdən işləyənlərdən daha az pul verilir.

Pandemiyadan qabaq dünya üzrə işçilərin cəmi 7.9 faizi - 260 milyon nəfər evdən işləyirdi. İndi bu rəqəm ikiqat artıb.

“Evdən işləyənlər uzun müddət gözdən-könüldən uzaq qalmışdılar. Ancaq pandemiya dövründə bu sahədəki partlayış milyonlarla insanın pis şəraitdə işləməsini gün işığına çıxardı”, - təşkilatın iqtisadçısı Canin Berq “Reuters” agentliyinə deyib.

Hesabatda deyilir ki, Britaniyada evdən işləyənlər evdən kənarda işləyənlərdən 13 faiz, Birləşmiş Ştatlarda 22%, Cənubi Afrikada 25%, Argentina, Hindistan və Meksikada isə 50 % az qazanırlar.

BMT-nin ile ilgili görsel sonucu

BMT-nin agentliyi olan BƏT “sənaye sektorunda evdən işləyənlər”in problemlərini nəzərdən keçirib. Buraya geyim, elektronika malları, əl işləri, rəqəmsal iş platformaları üzrə işləyənlər daxildir.

Həmin sahələrdə çalışanlara görülən işə görə pul verilir. Onlar sığorta ərizələrini emal edir, onlayn kontentə baxır, redaktə edir, süni zəka sistemləri ilə məşğul olurlar.

BƏT bildirir ki, evdən işləyənlərin kənardan işləyənlərlə eyni səviyyədə sosial müdafiəsi yoxdur, onlar həmkarlar ittifaqlarında eyni dərəcədə iştirak etmirlər və sairə. Onlar alətlər, kimyəvi maddələrlə işlərkən səhhət və təhlükəsizliklərinə daha böyük risk yaranır.

Berqin proqnozuna görə, texnologiyada irəliləyiş və COVİD-19 pandemiyası evdən işləyənlərin sayını həmişəlik artıra bilər.

“Bu elə də pis şey deyil, bəziləri bunu xoşlayırlar. Ancaq söhbət potensial risklərdən xəbərdar olmaqdan gedir. Pandemiya bu məsələləri aktuallaşdırıb”, - o vurğulayıb.

Evdən işləməyin ən böyük mənfi tərəfi işlə şəxsi zamanın bir-birinə qarışmasıdır. Artıq Fransa, Çili, Belçika, Ekvador və İtaliyada yeni qaydalar işçilərə imkan verir ki, “rabitəni kəsmək hüququ”ndan istifadə etsinlər, müdirlər də işlə özəl həyat arasındakı sərhədi gözləsinlər.

Amma dünyadakı bir çox şirkətlər bu sistemdən məmnundurlar. İşçilərinin böyük əksəriyyəti gənclər olan işçilərin bu metoda üstünlük verməsinin xüsusi səbəbləri var.

Karantindən sonra işin çevik təşkilini davam etdirmək planını əsasən böyük hay-tek şirkətləri bəyan ediblər:

- “Amazon”: işçilərə minimum oktyabr ayına qədər evdən işləmək imkanı verilib;

- “Barclays”: hazırda 70,000 əməkdaşı evdən çalışır. Bankın rəhbəri Cess Steyli bəyan edib ki, böyük şəhər ofisi keçmişdə qala bilər;

- “Facebook”: evdən işləmə qaydasını 2020-ci ilin sonuna qədər uzadıb və bu strategiyanı daha uzaq perspektivə tətbiq etməyi planlaşdırır;

- “Google”: evdən işləmə təcrübəsi ilin sonuna kimi davam etdiriləcək;

- “Mastercard”: işçilər özlərini qayıtmağa hazır hiss edənə qədər evdən işləyə bilərlər; müxtəlif ölkələrdəki ofislərini birləşdirməyi planlaşdırır;

- “Royal Bank of Scotland”: evdən işləmə minimum sentyabrın sonuna qədər davam edəcək;

- “Shopify”: 4 min işçi ilin sonuna kimi evdən işləməyə davam edəcək;

- “Twitter”: kampaniyanın rəhbəri Cek Dorsi arzu edənlərə həmişəlik evdən işləmək hüququ veriləcəyini bəyan edib.

Və yazının girişində qeyd etdiyimiz məqam. İşçi evdən çalışırsa, nə etməli? Depressiyadan yaxasını qurtarsın deyə bu üsullar həyata keçirilməlidir.

Koronavirusa görə artıq minlərlə insan böyük ehtimalla evdən işləməyə başlayacaq. İngiltərədə 1.5 milyon insan isə onsuz da davamlı olaraq evdən işləyir və evdən işləmə tendensiyası gedərək artır. Bu məqamda ortaya xeyli sayda suallar çıxır: Evdə özünüzü karantinə almağınız lazım gəlmir və evdən işləməniz istənilirsə, həm təsirli çalışmaq, həm də əhval-ruhiyyəni yüksək tutmaq üçün nə etmək lazımdır?

Rahatlamak duş alıp ile ilgili görsel sonucu

Geyinin.

Bəzi insanlar gün boyunca pijama ilə gəzməyi sevdiyi üçün evdən işləməyi xoşlayır. Amma səhər saatlarında bir duş alıb geyinmək insanın ruh halını gücləndirəcəyi kimi psixoloji olaraq da işə hazırlayır.

Xüsusən evdən videokonfrans üçün bağlanmaq lazım gəldiyi zaman yaxşı geyinmiş olmağın işə yaradığını deyənlər də var. Amma rəsmi geyinmək lazım gəlmədən, sadəcə, iş havasına girmək üçün belə yuxu və istirahət assosiasiyası yaradan pijamalardan qurtulub bir şalvar və köynək geyinmək də işə yarayır.

Ayrıca düzgün geyinmək evdən çıxmağı da təşviq edər. Eyni şəkildə, iş bitəndə beynə bu mesajı vermək üçün geyimi dəyişdirib daha rahat geyinmək də tövsiyə edilir.

Tək qalma, onlayn qal.

Araşdırmaların nəticəsinə görə evdən işləyənlərin ən böyük problemlərindən biri yalnızlıq hissi olub. Burada həm fiziki yalnızlıq, həm də gördüyün işdə tək qalmaq hissindən söhbət gedir. Ona görə də komanda yoldaşlarınızla tez-tez ünsiyyətdə ol. Qısa videozənglər bu problemin həlli ola bilər. Hətta beşinci gün axşamlar bütün ofislə birlikdə “onlayn happy hour” belə təşkil etmək olar.

Sərhədləri müəyyənləşdirin

Bir şirkətdə çalışırsınızsa, iş saatlarınızın müəyyənləşmiş olması lazımdır və evdən çalışanda da buna uyğunlaşmaq vacibdir. Ofisə getdiyiniz saatda evdə işə başlayıb, ofisdən çıxış saatınızda da bitin.

Evdən sərbəst işləyən insanlar da müəyyən bir rutində yapışmağın və müəyyən saatlarda yatmağın vacibliyini vurğulayırlar. Evdən işləməyin ilk həftəsində bəzi çətinliklər mümkün olsa da, qısa müddətdə bu gündəlik bir vərdiş halına gələ bilər.

Evdən işləyərkən oturacağınız oturacaq və masanın uyğun olması və klaviaturanın biləkləri və qolun aşağı hissəsini yerə paralel tutması üçün uyğun bir yerdə olması vacibdir. Evdə başqaları varsa, masanızı narahat olmayacağınız bir küncə qoymalısınız.

Burada Prof. Robert Kellinin BBC-yə müsahibəsi zamanı baş verənləri xatırlamağa dəyər. Müsahibə zamanı iki uşağı otağa “basqın etdi” və bu videoya 30 milyondan çox baxış oldu.

Mütəxəssislər deyirlər ki, evdən işləyərkən bəzi şeyləri əskik etmək və ya bir az daha narahat olmaq kimi hiss etməməlisən və ya işləmək məcburiyyətində olmadığın kimi hiss etməməli, həmkarlarınla daha çox ünsiyyət qurmalısan.

Rahatlamak duş alıp ile ilgili görsel sonucu

Evdən çıxın (karantində deyilsinizsə).

Evdən işləmək gün boyu evdə qalmağı tələb etmir. Gedib bir az gəzib təmiz hava almaq da zehni stimullaşdırır və insan yeni bir hava ilə işləməyə başlayır.

Bəziləri işə başlamaq hissi əldə etmək üçün günün əvvəlində bunu etməyi sevirlər. Evin ətrafında gəzinti və sonradan işdə oturmaq bir üsul ola bilər.

Çölə çıxa bilməyənlər işə başlamaq əhvalı yaratmaq üçün ofis havasını evə gətirə bilər. Bəziləri bunu ətraf mühit səsi yaradan proqramlarla etdiyini söyləyirlər: hərəkətdə olan qatarın səsi və ya kafedə mühit səsi kimi.

Zəng et.

Evdən işləyərkən çox güman ki, tək olacaqsınız və işinizi kəsən amillərlə, məsələn, həmkarlarınızın söhbəti və ya ofis səs-küyü ilə qarşılaşmayacaqsınız.

İş yerində işləyərkən həmkarlarınızla ünsiyyət qurursunuz, ancaq evdə işləyərkən gün ərzində heç kimlə danışmamanız şansı var və bu, təcrid hissi yaradır.

Bunun üçün mesaj və ya e-poçt göndərmək əvəzinə telefonu götürmək və danışmağa üstünlük verilir.

Gün boyu tək işləyərkən danışmaq müsbət təsir göstərəcək və insanı daha məhsuldar edəcəkdir.

Evdən işləyən bəzi müəssisələr hər gün bir tədbir olaraq video konfranslara gedir.

Bu həm iş üçün, həm də sosial əlaqələri itirməmək üçün faydalı bir metod ola bilər.

Daimi fasilələr edin.

Evdən işləyərkən müəyyən bir rutinin olması vacibdir, ancaq bu, monoton olmamalıdır. Gün ərzində kompüter ekranına yapışmamaq, nizamlı fasilələr etməmək, ayağa qalxmaq və masanın ətrafında gəzmək vacibdir. Tədqiqatlar göstərir ki, gün ərzində tez-tez və qısa fasilələr almaq kiçik və uzun fasilələrdən daha faydalıdır.

Ev işçiləri tez-tez Pomodoro Texnikası adlanan üsulu tövsiyə edirlər. Buna əsasən, iş gününü 25 dəqiqə işləmə və 5 dəqiqə fasilə olaraq təşkil etmək lazımdır.

Bu vaxt ekrandan uzaqlaşmaq və bir az hərəkət etmək faydalı olardı. Beləliklə, iş motivasiyasının və yaradıcılığın da artdığı bildirilir.

Fasilə verərkən ile ilgili görsel sonucu

Fasilə verərkən nə etmək lazımdır?

Evdə olarkən iş saatlarında sosial şəbəkə tələsinə düşmə. Sosial şəbəkələr sənin vaxtının böyük hissəsini alacaq və yəqin ki, sən də bilirsən ki, bunun sənə heç bir faydası olmayacaq. Amma fasilə verməyin də vacibdir. Bu qısa fasilələrdə iş sahəndə motivasiyanı artıracaq məqalələr oxuya, çıxışlar izləyə bilərsən. Uzun müddət kompüter arxasında oturmusansa, evin içində gəzə və ya evdə az vaxtını alacaq və beynini rahatlada biləcəyin başqa bir işlə məşğul ola bilərsən. Qabları yumağın bunun üçün əla məşğuliyyət olduğunu yəqin ki, sən də bilirsən...

İş siyahımı necə tənzimləyim?

İlk olaraq gördüyün hər bir işdə menecerlərin və ya komanda yoldaşların tərəfindən səndən nə gözləndiyini konkret olaraq müəyyən et. Ofisdə olduğu kimi, hər bir addımda sual verə bilməyəcəyin üçün işlərini dəqiq bilməyin vacibdir. Bununla yanaşı, günə başlarkən görüləcək işlərin siyahısını tutmaq da sənə kömək olacaq. Lakin bunu edərkən öz işləmə gücünə uyğun siyahı çıxarmağın vacibdir. Uzun siyahı səni ruhdan sala bilər. Bir də mütəxəssislər onu tövsiyə edir ki, əsas işləri günün birinci yarısında bitirmək daha yaxşı nəticələrə gətirib çıxarır.

Psixoloq Təranə Əliyeva isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, evdən çalışmaq gənclərin həyat enerjisini öldürməyə və nisbi depressiya əhvalına da sala bilər. Bu, bir çox hallarda təhlükəli fəsadlarla müşayiət olunur: “Gənc eyni işi evdən də görə biləcəyini görüb, bayıra çıxmağı azaldır. Onsuz da bir çox ünsiyyətlər virtual olduğu üçün iş həyatı da bu sferaya keçir. Nəticədə gənc insan bir otağa, kiçik bir dünyaya bağlanır və həyatı virtuallaşır, gerçək dünyadan isə qopur. Narahatlıq doğuran məqam isə odur ki, bir müddət sonra onlar evdən bayıra çıxmaq istəməyəcəklər. O cür insanlara tövsiyəmiz budur ki, evdən idarə etdikləri iş prosesini də gerçək həyatdakı kimi yaşasınlar. Sanki ofisdəymiş kimi bir aura yaratsınlar, kompüter başına iş geyimində çıxsınlar, qrafiklərini iş həyatında olduğu kimi tənzimləsinlər. Bu halda postpandemiya dönəmində iş həyatına qayıtmaları çox asan alınacaq”.