|
ABŞ-İran arasında bitməyən nüvə şərti: Bayden Tehranla işləyə bilər - ilginc proqnoz

Ağ Ev rəhbəri hesab edir ki, İran nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, sanksiyalar ləğv edilə bilər, Dövlət Departamentinin sözçüsü isə deyib ki, Vaşinqton-Tehran birbaşa dialoqunun vaxtı yetişməyib; Həmid Herisçi: “İran çalışacaq ki, Demokrat Partiyası ilə işləsin, Demokratlar qədimdən İranla işləyiblər”

Amerika prezidenti Co Bayden fevralın 7-də “CBC” telekanalına müsahibəsində ölkəsinin yeni nüvə danışıqlarına başlamaq üçün İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyin yeganə şərtini irəli sürdü.

“Yeni Müsavat” yada salır ki, Ağ Ev sahibi bunun üçün rəsmi Tehrana nüvə sazişini xatırlatdı və uranın zənginləşdirilməsini dayandırmaqla sanksiyaların ləğvinin mümkünlüyünü bəyan etdi. Bayden hesab edir ki, İran nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, bu halda sanksiyalar ləğv edilə bilər.

ABŞ-İran arasında Bayden ile ilgili görsel sonucu

İranın ali lideri Əli Xamneyi isə ölkəsinin nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrası üçün əvvəlki şərtini təkrarlayıb. O deyib ki, hər şeydən əvvəl Amerikanın İrana qarşı tətbiq etdiyi bütün sanksiyalar ləğv olunmalıdır:  “Amerikalılarla avropalıların bizə şərt qoymağa haqqı yoxdur. Çünki onlar nüvə razılaşması ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozublar.

Şərt qoymağa haqqı çatan tərəf isə İran İslam Respublikasıdır. Çünki indiyə qədər saziş əsasında üzərinə götürdüyü öhdəliklərə əməl edib.

ABŞ-İran arasında bitməyən nüvə ile ilgili görsel sonucu

Biz yalnız Amerika bizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi təqdirdə nüvə sazişi əsasında üzərimizə götürdüyümüz öhdəliklərin icrasına qayıdacağıq".  Tərəflərin mövqeləri aydındır, hər ikisi qarşısındakını ittiham edir, sazişə əməl etməməkdə günahlandırır. Bu gedişlə ABŞ-İran əlaqələrində yumşaq xəttin götürülməsi perspektivdə görünmür.

İran və ABŞ arasındakı nüvə sazişinin icrası üçün tərəflərdən biri ən azı kompromisə getməliydi. MOSSAD-ın İsrailin qarşılaşa biləcəyi təhdidlərlə bağlı illik hesabatında isə bildirilib ki, əksinə, İran 2 il ərzində nüvə silahına sahib ola bilər.

Hesabatda İranın nüvə silahı istehsal etmək üçün uranı lazımi səviyyədə zənginləşdirmədiyi, ancaq buna qərar verərsə, bu hədəfə 24 ay ərzində çata biləcəyi vurğulanıb.

ABŞ dövlət katibi Entoni Blinken də İranın uranı zənginləşdirməyə başlayacağı təqdirdə bir neçə həftə ərzində nüvə silahını əldə edə biləcəyini iddia etmişdi.

Ned Prays ile ilgili görsel sonucu

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə deyib ki, ABŞ və İran arasında birbaşa dialoqun vaxtı hələ yetişməyib.

Konspiroloq, telejurnalist Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, İranla bağlı Demokrat Partiyasının ciddi xidmətləri olub.  H.Herisçi deyir ki, 1977-78-ci illərdə ABŞ-da hakimiyyətdə Cimmi Karter idi və o, şaha qarşıydı, o zaman Yaxın Şərqi dəyişirdilər. “Həmin dövrdə şahənşahla İsrail müttəfiq idilər. Bu müttəfiqliklə Amerika hesablaşmırdı, Süveyş kanalını bağlamışdılar. Ona görə İrandan Aralıq dənizinə neft daşıyırdılar. Bundan ərəblər və SSRİ də narazı idi. O dövrdə ”Asianpetrol" nefti İsrail ərazisinə çıxarırdı.

Beləliklə, Cimmi Karter Misirlə danışıqlara başlayır və bütün bunlar Demokrat Partiyasının sayəsində olur, İsrail çətin vəziyyətlə qarşılaşır, bunu bir də təkrarlamaq istəmir, Demokratları xain bilirlər.

Çünki ABŞ-da Demokratlar sol yəhudidir, sağ yəhudilər isə Respublikaçılara yaxındır.

İndi də Demokratlar başqa formatda “Kemp-Devid”i təzələmək istiqamətində ciddi addımlar atırlar", - deyə H.Herisçi prosesləri təhlil edir.

Onun fikrincə, həmişə Fransa, Rusiya, İngiltərə və Amerika İranın  taleyini həll edib: “İrana hakim rejimin yaranmasında iştirak ediblər.  Amma indi “Asianpetrol” əyyamı deyil, yeni reallıqlar yaranır. İran çalışacaq ki, Demokrat Partiyası ilə işləsin, necə ki həmişə işləyib.

İranın liberal qüvvələri həmişə bu xətlə gedib. Fransa da burada maraqlıdır. Ona görə Azərbaycan doğru mövqe tutmalıdır.

Nəzərə almalıdır ki, Demokratlar qədimdən İranla işləyiblər. Biz ehtiyatlı olmalıyıq, düzgün qərar verməliyik. İranın mühafizəkar qrupları da güclüdür, prezident kürsüsünü vermək istəmirlər.

Amma avropalılar Cavad Zərifi gətirmək istəyir, Həsən Ruhaninin yerində onu görürlər. İran liberalları isə həmişə ermənipərəst olublar.  İrandakı mühafizəkar qüvvələr bizim tərəfdədir, ali lider Türkiyə və Azərbaycanla əməkdaşlıq tərəfdarıdır. Odur ki, diqqətli olmalıyıq. İran isə Demokratlarla işləməyə çalışacaq".