2014-cü ildə Azərbaycanda nikah yaşına çatmayan qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova "Report"a açıqlamasında deyib ki, ötən il nikah yaşına çatmayan qadınlar 3 098 uşaq dünyaya gətirib. "15-17 yaşında olan və nikah yaşına çatmayan anaların dünyaya gətirdikləri uşaqların statistikasını Ədliyyə Nazirliyi aparıb. Bu rəqəm Azərbaycanda qeydə alınmayan nikahların mövcud olduğunu göstərir. Rəsmi məlumat olmadığı üçün, uşaqların sayına əsaslanaraq qeydə alınmayan nikahların 3000-3500 arasında olduğunu söyləyə bilərik".
A.Veysəlova qeyd edib ki, son illərdə 18 yaşadək qızların rəsmi olaraq nikaha girmələri azalıb.
