|
Türkiyə-Rusiya Müşahidə Mərkəzindəki rusiyalı zabitlər peyvənd olunub

Azərbaycanın Qarabağ bölgəsindəki Türkiyə-Rusiya birgə Müşahidə Mərkəzindəki rusiyalı zabitlərin koronavirus infeksiyasına qarşı peyvənd olunması başa çatdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb:

"Rusiya sülhməramlılarının şəxsi heyətinin peyvənd olunması davam edir. Bu kampaniya könüllülük əsasında aparılır. İndiyədək 1500 hərbçi peyvənd olunub".