|
Ermənistanda növbəti etiraz aksiyası keçirilib -

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar İqtisadiyyat Nazirliyinin qarşısına toplaşıb.

Onlarla şəxsin polis bölməsinə aparıldığı deyilir.

Qeyd edək ki, Ermənistanda N.Paşinyanın istefası tələbi ilə etirazlar ötən ilin noyabrından etibarən davam edir.