|
Latviyada ötən həftə gün ərzində ən azı 1000 nəfər təkrar peyvənd olunub

Latviyada COVID-19 infeksiyasına qarşı ötən həftə ərzində hər gün ən azı 1000 nəfər təkrar peyvənd olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə Xidməti məlumata yayıb.

Bildirilib ki, Latviyada vaksinasiya prosesinin başlanmasından bu yana, ümumilikdə, 17 min 788 nəfər COVID-19 infeksiyasına qarşı peyvəndin birinci dozasını alıb. Onların 79 faizi və ya 14 min 27 nəfər peyvəndin ikinci dozasını da alaraq vaksinasiyanı tamamlayıb.