Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin edir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinə məxsus 20 KamAZ markalı hərbi avtomobil Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb. Marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən olub.
Yardım çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.
