|
"Sefirin kızı"ndan kimin istəyi ilə ayrılıb?

Hazırda özünə daha çox vaxt ayıran və müalicəsinə davam edən aktrisa Neslihan Atagülün bu dəfə "Sefirin kızı"ndan kimin istəyi ilə ayrılması müzakirələrə səbəb olub.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisanın layihəni tərk etməsinə səbəb həkimləri olub.

 

Neslihan “həkimlərinizin tövsiyyəsi ilə serialdan ayrıldınız” sualına belə cavab verib:

“Bəli, serialdan onların istəyi ilə ayrılmaq məcburiyyətində qaldım. Dedilər ki, istirahət etməliyəm. Çünki artıq gərgin iş rejimində çalışa bilməyəckdim”.