Xəbər verdiyimiz kimi, 2 gün əvvəl "Yeşilçam" ulduzu Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçların iş adamı Kaan Demirağ ilə toyu olmuşdu.
Aslışahın toy mərasimindəki sırğa və boyunbağıdan ibarət dəstinin 2 milyon TL (təxminən 476 min manat) olduğu məlum olub.
Qeyd edək ki, Aslışah Alkoçların bacısı Neslişah aktyor Engin Altan Düzyatanla evlidir.





