|
Donald Tramp Senatda haqqında başladılan impiçment proseduru ilə bağlıifadə verməyəcək

ABŞ prezidenti Donald Tramp haqqında başladılan impiçment prosesinə görə Senata gəlməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ceyson Miller jurnalistlərə bildirib. Vəkil ümumiyyətlə impiçment prosesinin özünün konstitusiyaya zidd olduğunu söyləyib.

Qeyd etmək lazımdır ki, keçmiş prezident ötən ilin noyabr ayının 3-də keçirilən seçkilərdə məğlub elan olunmasına və yanvar ayının 20-də postunu təhil verməsinə rəğmən demokratlar ondan əl çəkmək istəmirlər.

Trampın vəkilləri demokrat senatorların bununla bağlı verdiyi sorğuları “piar-gediş” adlandırırlar. ABŞ parlamentinin yuxarı palatasında məhkəmə bu ilin fevral ayının 9-da təyin olunub. Donald Tramp Birləşmiş Ştatlar tarixində impiçmentə məruz qalan ilk dövlət başçısı sayılır. Keçmiş prezident bu ilin yanvar ayının 6-da onun tərəfdarlarının Konqres binasına hücum çəkməsinə görə bir daha qanunverici orqan qarşısında cavab verməli olacaq.

Əgər Donald Tramp burada günahkar hesab olunsa, o zaman demokratlar onun ikinci dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququndan məhrm edilməsi barədə məsələ qaldıracaq.

Donald Trampı təmsil edən hüquqşünaslar Brüs Kastor və Devid Şon demokratların sorğusunu “acizlik” və “öz ittihamlarını sübut edə bilməməyin” təzahürü adlandırıblar.

Hazırda Senatda Demokrat parityası ilə eyni sayda senatorla təmsil oluan respublikaçıların əksəriyyəti də hakimiyydən getmiş bir adamın impiçmentə cəlb olunmasını doğru hesab etmirlər. Üstəlik ötən həftə Senatda bununla bağlı keçirilən səsvermədə 45 respublikaçı əleyhinə səs verib.Bu səbəbdən fevral ayını 9-na təyin edilmiş dinləmələrin uğursuzluqla nəticələnəcəyi göz qabağındadır.