|
TN: Peşə təhsili müəssisələrində də ancaq praktiki dərslər əyani olacaq

“Peşə təhsili müəssisələrində də ancaq praktiki dərslər əyani olacaq. Digər dərslər isə virtual olacaq”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, tibb, mühəndislik, yaradıcılıq üzrə praktiki məşğələlər əyani olacaq.