|
Azərbaycana gətirilən vaksinlərə necə nəzarət edilir - açıqlama

Çində bir qrup saxta vaksin satan şəxsin saxlanılması bu sahəyə nəzarətin gücləndirilməsini tələb edir

Dünyada koronavirusa qarşı mübarizə, vaksinasiya prosesi davam edir. Artıq peyvənd olunanların ümumi sayı indiyədək yoluxanların sayını ötüb. Belə ki, bugünədək 105,1 milyon nəfər peyvəndlənib. Bütün dünyada koronavirusa yoluxanların sayı isə 104 milyonu keçib.

Vaksinasiya sayına görə ABŞ liderlik edir. Bu ölkədə peyvənd olunanların sayı 33,7 milyona çatıb. Böyük Britaniyada 10,2 milyon nəfər, İsraildə 5,05 milyon nəfər peyvəndlənib.

Əhali sayına görə isə İsrail birinci sırada yer alıb. Burada əhalinin 56,9 faizi peyvəndlənib.

Koronavirus Çindən dünyaya yayılsa da bu ölkə vaksinasiya və digər bu kimi tədbirlərlə bağlı da dünyaya yardımını əsirgəmir. Belə ki, Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX beynəlxalq mexanizminə 10 milyon doza koronavirus vaksini təqdim edəcək.

"Trend"in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.

O bildirib ki, vaksinlər ÜST-ün müraciəti əsasında təqdim olunacaq. Vaksinlərin böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələr arasında paylanacaq.

Lakin burada təhlükəli məqam da var. Belə ki, dünyada hər şeyin surətini çıxaran çinlilər vaksinin də saxtasını satıblar. Çin polisi saxta koronavirus peyvəndi satmaqda şübhəli bilinən 80-dən çox şəxsi həbs edib. Əməliyyat zamanı 3000 dozadan çox saxta dərman ələ keçirilib.

Şübhəlilərin keçən ilin sentyabr ayından etibarən şprisləri adi salin məhlulu ilə dolduraraq vaksin adı altında yüksək qiymətə satdığı məlum olub.

Çində ingilis dilində dərc olunan “Global Times” qəzeti böyük bir Çin peyvəndi istehsalçısına yaxın bir mənbəyə istinad edərək, saxta satıcıların dünyada peyvənd çatışmazlığından istifadə edərək onu xaricə göndərməyi planlaşdırdıqlarını bildirib.

Aşı: Türkiye'de kullanılan Çin aşısı CoronaVac hakkında neler biliniyor? -  BBC News Türkçe

Azərbaycanda da vətəndaşlara Çinin  Sinovac şirkətinin “CoronaVac” peyvəndi vurulur.  Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı xəbərdə bildirilib ki, artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib.

Qeyd olunub ki, strategiyaya uyğun olaraq fevralın 8-dən etibarən COVİD-19 əleyhinə vaksinasiyanın növbəti mərhələsi başlayacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə vaksinasiya olunmaq üçün ən yaxın tibb məntəqəsini seçməsi xahiş olunur.

Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms vasitəsilə məlumat veriləcək və onlar peyvəndin birinci dozasını vurdura bilər. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq sms vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.

Bəs Azərbaycana saxta vaksin gətirilə bilərmi?

Adil Qeybulla təcridxanada Tofiq Yaqublunu müayinə edib

Adil Qeybulla 

Koronavirus əleyhinə vaksinasiya olunan professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, ölkəmizə saxta vaksinin gəlib çıxacağını güman etmir:

“Azərbaycanda vaksinasiya prosesi dövlət xətti ilə aparılır, alınır. Burada Çin və Azərbaycan dövləti məsuliyyət daşıyırlar. Düşünmürəm ki,  gətirilən vaksinlər saxta olsun. Çünki buna nəzarət edilir”.