|
Admiral Çarlz Riçard: “ABŞ Rusiya və Çinlə nüvə müharibəsinə hazı olmalıdır”

Birləşmiş Ştatlar Rusiya və Çinlə nüvə savaşına hazır olmalı və hər iki ölklənin ən yeni strateji silahlardan istifadə etməyi əngəlləməyin yollarını tapmalıdır.

BU fikir ABŞ ordusunun Strateji komandanlığının rəisi, admiral Çarlz Riçardın “The Washington Times” qəzetinə verdiyi müsahibədə səslənib.

“Bu gün həm Çin, həm də Rusiya ilə baş verəcək bölgəsəl böhranın nüvə silahından istifadəyə gətirib çıxaran bir münaqişəyə çevrilməsi ehtimalı olduqca realdır. Çünki onlar adi silahlarında itkilərin rejimləri üçün təhlükəli həddə çatıdğını görsələr bu yola da əl ata bilrlər”,-deyə amerikalı hərbçi qeyd edib.

Admiral Riçardın fikrincə, Pentaqon artıq “nüvə silahından istifadənin qeyri-mümkünlüyü” təsəvvürünü bir kənara buraxıb, onu artıq “tamamilə real” olaraq qəbul etməli, buna görə yeni konsepsiya işləyib hazırlamalıdır.

Pentaqon rəsmisi rəsmi Moskva və Pekinin son illərdə nüvə və strateji potensiallarını olduqca genişləndirdiyini, ABŞ-ın bu yöndə fəaliyyətini məhdudlaşdırmaq üçün ittifaqlar bağladıqlarını vurğulayıb.

“Rəqabətin yeni mərhələsində biz tarixdə ilk dəfə iki nüvə dövləti ilə birlikdə mübarizə aparacağımız dövrə daxil oluruq”,-deyə amerikalı admiral fikrini əsaslandırıb.