|
Füzulidən daha 9 erməni hərbçinin meyiti tapıldı

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məhv edilmiş daha 9 erməni hərbçinin meyiti tapılıb.

Bu barədə qondarma rejimin “Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti” məlumat yayıb.

Onların kimliklərinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Məlumata görə, axtarış işləri bu gün Hadrut istiqamətində davam etdiriləcək.

Qeyd edək ki, fevralın 1-dək döyüş bölgəsindən 1354 erməninin qalıqları aşkarlanıb.