|
Musa Qasımlı: “ Azərbaycanda jurnalistika ixtisaslaşmalıdır”

“Bu gün bizim ölkəmizdə beynəlxalq jurnalistika ixtisası yoxdur. Biz bu ixtisasın Azərbaycanda açılması barədə düşünməliyik. Yaxın, Orta Şərq, Avropa, Amerika və sair bölümlər üzrə. Müzakirə etdiyimiz memorandum bizə bu üfüqləri açır”.
Bu fikirləri deputat Musa Qasımlı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı sənədin müzakirəsi zamanı söyləyib.
Daha sonra M.Qasımlı qeyd edib ki, jurnalistikada ixtisaslaşmaya da ehtiyac var: “Jurnalist bu gün kənd təsərrüfatından xəbər verir, sabah cəbhədən, o biri gün təhsildən. Beləliklə, həftəbecər alınır. Ona görə də jurnalistika ixtisaslaşmalıdır”.

M.Qasımlı telekanallarla bağlı mövzuya da toxunub. O, “düşünməliyik, necə edək ki, insanlar televiziya qarşısında otursunlar, televiziyalara baxsınlar”, sualına cavab tapılmasını da zəruri sayıb.