|
Hikmət Məmmədov: “Türkiyə Cümhuriyyətinin adını Türkiyə respublikası kimi tərcümə edirik”

“Əgər Türkiyə ilə ortaq platforma yaradırıqsa, o halda Azərbaycan telekanallarında yayımlanan Türkiyə filmlərinin tərcümə edilməsi düzgün deyil”.

Bu fikri deputat Hikmət Məmmədov parlamentdəki müzakirələr zamanı söyləyib. O, digər mühüm bir məsələyə də diqqət çəkib: “Digər tərəfdən, bəzi media orqanları Türkiyədən gələn terminləri yersiz şəkildə tərcümə edirlər.
Məsələn, “Zeytun dalı” əməliyyatını “Zeytun budağı” əməliyyatı kimi tərcümə edirik, bu əməliyyatın adıdırsa, onu tərcümə etmək düzgün deyil. Hətta bəzən ürəyimiz soyumur, Türkiyə Cümhuriyyəti adını Türkiyə Respublikası kimi tərcümə edirik. Bu dövlətin adı Türkiyə Cümhuriyyəti kimi qəbul olunub, sən necə onu tərcümə edə bilərsən?”