|
Arsrun Ovannisyan: “Biz elə bilirdik ki, noyabrın 9-u Şuşanı geri alacağıq”

“Mən hesab edirdim ki, biz qalib gələcəyik. Lakin əgər mən belə hesab edirəmsə, bu o demək deyil ki, kimlərisə aldatmışam”.

Musavat.com Ermənistan medyasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Arsкrun Ovannisyanın “Yerkir” saytı ilə müsahibəsində səslənib.

A.Ovannisyanın sözlərinə görə, Şuşanın azad olunmasına qədər qələbəyə inanırmış. “Siz indi məzlum, məğlub olmuş və ona görə də özünü çox pis hiss edən zabitlə danışırsız. Mənim üçün çox ağırdır, bütün xalq da eyni hissdədir. Savaş boyu mən inanжкdım. Xalq da nizami ordunun mətinliklə savaşdığına inanırdı və mən də bunu təqdim edirdim. Ordunun necə vuruşduğunu bilərək, başqa nə deməliydim?”,-deyə erməni məmur qeyd edib.

Sayt əməkdaşları Azərbaycan ordusunun əlçatmaz görünən Şuşaya necə daxil ola bildiyini də xəbər alıblar. “Bilmirəm, elə şeylər var ki heç özüm də başa düşmürəm. Bunun üçün müharibənin hər gününü araşdırmaq və bəzi anlaşılmaz məsələləri aydınlaşdırmaq lazımdır. Mən bütün müharibə boyu bizə gələn informasiyalardan hərəkət etmişəm,ola bilər ki, bizə ya natamam, ya da ziddiyнətli məlumatlar da gəlib. Əgər nələrisə dəqiqləşdirmək lazım idisə, o zaman nizami qoşunlarla əlaqə saxlayırdıq. Noyabrın 8-də mən Müdafiə nazirliyində Petros Kazaryanın yanında oldum, o mənə şəhəri geri almaq üzrə olduqlarını söylədi. Biz noyabrın 9-da səhər Şuşanın geri alınmasını gözləyirdik, lakin həmin gün olanlar oldu”, -deyə A.Ovannisyan sözləyib.

Arsrun Ovannisyan həmçinin Emərnistan baş nazirinn xanımı Anna Akopyanla görüşməsini də inkar edib. “Bu ağ yalanıdr. Mən heç onu uzaqdan da görməmişəm”,-deyə o qeyd edib.