Dərisi yağlı olan insanlarda sızanaqlara tez-tez təsadüf edilir. Lakin ev şəraitində belə olsa, təbii vasitələrlə bu sızanaqlardan xilas ola bilərsiniz.
Axşam.az xaric KİV-ə istinadən, sızanaqları aradan qaldıran maskalar təqdim edir:
1.Su və soda qarışığı
2 xörək qaşığı təmiz suya 2 xörək qaşığı soda əlavə edin. Qatılaşana qədər qarışdırın. Daha sonra həmin qatqı maddəsini üzünüzə çəkin. 15 dəqiqə saxlayın və soyuq su ilə üzünüzü yuyun.
2.Limon suyu və yumurta ağının qarışığı
Bu üz maskasını düzəltmək üçün 2 yumurtanın ağından və bir neçə damcı limon suyundan istifadə edin.
Maskanı üzünüzə çəkin və bir neçə dəqiqə qurumağının gözləyin. Bundan sonra soyuq su ilə yaxşıca yuyun.
3.Limon, gül suyu və xiyar qarışığı
Əvvəlcə xiyarın qabığını soyun və əzin. Sonra üzərinə bir çay qaşığı gül və bir neçə damcı isə limon suyu əlavə edin. Qarışığı təmiz bir parça üzərinə qoyun və üzünüzdə saxlayın. Bir neçə dəqiqə qaldıqdan sonra təmiz su ilə yuyun.
