Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında əhalini narahat edən bəzi məsələlərə diqqət çəkdi.
O bildirdi ki, Azərbaycan xalqı qələbə dövründə Azərbaycan iqtidarına və şəxsən Ali Baş Komandana tam dəstək verdi. “Prezident komandası da mütləq hansısa sahədə narazılıq yaradan elementlər varsa, əvvəlcədən onun doğru izahı verilməlidir”.
Deputat son qiymət artımları ilə bağlı izahatın aparılması zərurətindən danışdı. “Bundan istifadə edən qüvvələr o boyda qələbəyə kölgə salmaq üçün fürsət axtarırlar”, deyən F.Mustafa şəhid məzarları ilə bağlı yaranmış vəziyyətə də toxundu. “Prezident xəbər tutan kimi, şəhid məzarları ilə bağlı məsələ həll olundu”, millət vəkili bildirdi.
Deputat əlvaə etdi ki, Qarabağdakı böyük qələbəni həzm edə bilməyənlər başqa yerdən bəndin deşilməsinə səy göstərirlər. “Türkiyənin bölgəyə gəlməsi, İranla, Rusiya ilə normal münasibətlər onu göstərdi ki, Azərbaycan öz layihəsini hamıya qəbul etdirmək gücündədir”-millət vəkili bildirdi.
