|
Bakıda yanan avtomobillərlə bağlı-

Bakıda avtodayanacaqda baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb. 
Cia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

Cia.az